İlham Əliyevdən Mixeil Kavelaşviliyə TƏBRİK
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və dost Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin bugünkü yüksək səviyyəsi qonşu xalqlarımızın əsrlər boyu bir-birinə bəslədiyi dərin rəğbət, hörmət və etimaddan güc alır. Hazırda dövlətlərarası münasibətlərimizin dinamik və hərtərəfli inkişafı məmnunluq doğurur.
Keçən ay dost ölkənizə həyata keçirdiyim dövlət səfər...