Bu sənəti seçənlərin işi daim olacaq - Ekspert

Bu sənəti seçənlərin işi daim olacaq - Ekspert

Hazırda oxunan: Bu sənəti seçənlərin işi daim olacaq - Ekspert

615380

Əmək bazarı hər bir ölkənin iqtisadi inkişafını və əmək resurslarının istiqamətini əks etdirən əsas göstəricilərdən biridir. Azərbaycanda da son illərdə baş verən iqtisadi dəyişikliklər, rəqəmsallaşmanın genişlənməsi və xidmət sektorunun sürətli inkişafı işəgötürənlərin tələblərini xeyli dəyişib.

Bu proses nəticəsində bəzi peşələrə ehtiyac artarkən, digərlərinin çəkisi nisbətən azalıb. Məhz bu səbəbdən əmək bazarında hansı sahələrin daha çox tələb olunduğu məsələsi həm iş axtaranlar, həm də karyera planlaması edən gənclər üçün aktuallığını qoruyur.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi “demokrat.az”a bildirib ki, hal-hazırda ölkəmizdə əmək bazarında daha çox tələbat olan ixtisas istiqamətləri pedaqoji ixtisaslar, səhiyyə ixtisasları, o cümlədən iqtisadi ixtisaslardır:

"Həmçinin idman və kənd təsərrüfatı yönümlü ixtisaslara da tələbat mövcuddur. Mövcud vəziyyətdə bu sahələrə daha çox ehtiyac duyulur. Sonrakı sırada informasiya texnologiyaları, yəni kompüter elmləri ilə bağlı sahələr gəlir.
 

Buna görə də abituriyentlər daha çox bu istiqamətlər üzrə təhsil alarlarsa, əmək bazarında daha asan iş həyatına başlaya bilərlər və əmək münasibətlərində özlərini daha rahat hiss edə bilərlər. Müvafiq olaraq I, II, III, IV və V ixtisas qruplarında qeyd olunan və adları çəkilən ixtisaslara müraciət son illərdə ümumilikdə artıb.


Təsadüfi deyil ki, məsələn, iqtisadi ixtisaslar üzrə bu il 2000-dən çox abituriyent qəbul olmaq üçün müraciət edib. Birinci qrup üzrə də 1000-dən çox artım müşahidə olunub. Bütün bunlar göstərir ki, məhz bu sahələrə və qeyd olunan ixtisas istiqamətlərinə əmək bazarında tələbat yüksəkdir",- deyə o qeyd edib.

Yəni, əmək bazarında iş tapmaq problem xarakteri almasın deyə abituriyentlər və tələbələr seçim edərkən daha çox pedaqogika, tibb, iqtisadiyyat və İT sahələrinə üstünlük verməlidirlər, çünki hazırda şirkətlər və dövlət qurumları ən çox bu sahənin kadrlarını axtarır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO