DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib.
İdarədən Bizim.Media-ya verilən xəbərə görə, müraciətdə deyilir ki, həftəsonu ilə əlaqədar bölgələrə səfərlərin artacağı, bununla da respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin yüksələcəyi gözlənilir:
"Bu isə bütün yol hərəkəti iştirakçılarından daha yüksək diqqət və məsuliyyət tələb edir. Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxmağı planlaşdıran sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.
Sürücülər nəzərə almalıdırlar ki, uzun məsafəli səfər yalnız nəqliyyat vasitəsinin texniki sazl...