İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

Hazırda oxunan: İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq
628484
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda güləş üzrə U-17 dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən mundialın 4-cü günündə qadın güləşi üzrə millinin 5 üzvü xalçaya çıxıb.

Gülxanım Şirinova (40 kq) mübarizəyə 1/4 finaldan qoşulub. Təmsilçimiz tunisli Tasmin Athimniyə "tuş"la məğlub olub. Rəqib finala yüksəldiyi üçün Şirinova sabah təsəlliverici görüşə çıxacaq.
 

Nuray Cəfərli (46 kq) də yarışa 1/4 finaldan start verib. Həmyerlimiz macarıstanlı Vivyen Sentpalla görüşdə böyük hesabla önə çıxsa da, üstünlüyünü sonadək qoruya bilməyib – 8:10.


Fatimə Bayramova (53 kq) israilli Sela Rozovla moldovalı Ruslana Karapetianta 11:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda amerikalı Marli Solomona "tuş"la uduzub. Rəqib finala yüksəldiyi üçün güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq.

Fidan Babayeva (61 kq) 1/8 finalda qazaxıstanlı Arujan Bakitnura (2:11), Simurə Abdullayeva (69 kq) isə eyni mərhələdə qırğızıstanlı Milana Ulanovaya (6:10) məğlub olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO