Bu gün IV Şuşa Qlobal Media Forumu BAŞLAYIR
Bu gündən IV Şuşa Qlobal Media Forumu başlayır.
Bizim.Media xəbər verir ki, artıq nüfuzlu beynəlxalq platformalardan birinə çevrilmiş Şuşa Qlobal Media Forumu bu il “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunacaq.
İki gün davam edəcək foruma dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirak edəcək.
Forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunacaq. Həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılacaq.
Forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu ...