Avqustun 10-da hava necə olacaq? - PROQNOZ
Azərbaycanda avqustun 10-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 29-33° isti, atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olac...