Bitməyən ikili standartlar, davam edən qərəz – AŞPA-dakı anti-Azərbaycan kampaniyasının PƏRDƏARXASI
İllər keçir, regionda geosiyasi reallıqlar dəyişir, Azərbaycan yeni siyasi və diplomatik mərhələyə qədəm qoyur. Lakin bir sıra beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qərəzli münasibəti dəyişmir. Təşkilatın son illərdə qəbul etdiyi bir sıra sənədlər göstərir ki, burada hüquqi qiymətləndirmədən daha çox əvvəlcədən formalaşmış siyasi mövqe üstünlük təşkil edir.
Necə deyərlər, kor tutduğunu buraxmır...
İyunun 24-də qəbul edilən son qətnamə də bu xəttin davamı olmaqla yanaşı, Assambleyada Azərbaycana qarşı illərdir davam edən qərəzli münasibətin dəyişmədiyini bir daha nümayiş etdirdi.
Bu prosesdə yenə də əsas fiqurlardan biri ...