Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi – FOTO
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avstriyanın AzərbaycanDA yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Etienn Berxtoldu qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfir Etienn Berxtold etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı, Azərbaycan ilə Avstriya arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycan ilə Avstriya arasında siyasi dialoqun əhəmiyyəti vurğulanıb. Bununla yana...