Ucuz və ya keyfiyyətsiz benzin mühərrik və avtomobilin yanacaq sistemi üçün birbaşa təhlükədir.
Bizim.Media xəbər verir ki, bu barədə "Gazeta.Ru"ya müsahibəsində "Avtodom" Şirkətlər Qrupunun nümayəndəsi Sergey Pletnyov məlumat verib.
Ekspert ilk növbədə alovlanma şamlarının (sveçalar), yanacaq forsunkalarının, filtrlərin, benzin nasosunun, həmçinin katalitik neytralizatorun və oksigen datçiklərinin (lyambda-zond) zədələndiyini bildirib.
O qeyd edib ki, yanacağın tam yanmaması və tərkibindəki əlavələr (prisadkalar) səbəbindən alovlanma şamları tutulur. Bu da alovlanmada kəsilmələrə və mühərriyin boş gedişdə (xolostoy) qeyri-sabit işləməsinə gətirib çıxarır. Forsunkalar isə qatran və kənar qarışıqlarla tutulur, püskürtmə dəqiqliyini itirir, ağır hallarda isə tam bağlanmayaraq silindrləri yanacaqla "boğur".
Ekspertin sözlərinə görə, yanacaq filtri və nasos asılı zərrəciklər və su səbəbindən sürətlə çirklənir, nəticədə nasos həddindən artıq yüklənmə ilə işləyir və sıradan çıxa bilir.
Katalitik neytralizator və oksigen datçikləri isə kükürd və tərkibində metal olan əlavələrdən əziyyət çəkir ki, bu da effektivliyin itməsinə və qaz çıxışı sistemində xətalara yol açır.
Bizim.Media




































































































