Türkiyə–İsrail münasibətlərinin GÖRÜNMƏYƏN ÜZÜ
Son dövrlər Türkiyədə müəyyən siyasi dairələrin Azərbaycanı İsraillə iqtisadi əlaqələrinə görə tənqid etməsi diqqət çəkir. Fələstin məsələsini əldə bayraq edən həmin çevrələr Azərbaycanın xarici siyasətinə irad tuturlar. Lakin Türkiyənin özünün İsraillə uzun illər ərzində formalaşmış ticarət, investisiya və logistika əlaqələri nədənsə “yada düşmür”.
Halbuki rəqəmlər, şirkətlərin fəaliyyəti və dəniz daşımaları ilə bağlı məlumatlar iki ölkə arasında iqtisadi münasibətlərin diplomatik bəyanatlardan daha mürəkkəb mənzərəyə malik olduğunu göstərir.
Qeyd edək ki, rəsmi Ankara 2 may 2024-cü ildə İsraillə idxal və ixrac əməliyyatlarının tamamilə dayandırıldığını elan edib. Lakin so...