ABŞ-ın vitse-prezidenti İsveçrəyə yola düşdü - İranla danışıqlar aparacaq
ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranla uzunmüddətli birbaşa sülh danışıqlarında iştirak etmək məqsədilə İsveçrəyə səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "CBS News" telekanalı yayıb.
Cey Di Vens şənbə günü günortadan sonra Endryus birgə hərbi bazasından İsveçrəyə yola düşüb. Səfərdən öncə jurnalistlərə açıqlama verən vitse-prezident Avropada cəmi "bir-iki gün" qalacağını, lakin ondan sonra texniki işçi qruplarının danışıqları davam etdirəcəyini bildirib.
Vens artıq İran nümayəndə heyətinin də İsveçrəyə gəldiyini diqqətə çatdırıb.
"İranlılar, pakistanlılar və qətərlilərlə texniki danışıqların başlamasını səbirsizliklə göz...