İlham Əliyev türkiyəli naziri qəbul etdi – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib.
Bizim.Media xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.
Qonaq ortaq tarixə, mədəniyyətə və qardaşlığa əsaslanan əlaqələrimizin Azərbaycan və Türkiyə prezidentləri arasında mövcud olan səmimi münasibətlər sayəsində daha da inkişaf etdiyini vurğulayıb.
Türkiyənin ədliyyə naziri dövl...