Boris Conson ölümdən döndü - Rusiya dronu onun getdiyi qatara dəyəcəkdi
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiya pilotsuz uçuş aparatının dəmir yolu xəttinə endirdiyi zərbədən sonra Polşa-Ukrayna sərhədində baş verən insidentin mərkəzində qalıb. Conson təhlükəsizlik məsələlərinə həsr olunmuş konfransda iştirak etmək üçün gəldiyi Kiyevdən qayıdarkən bu vəziyyətlə üzləşib.
Bizim.Media xəbər verir ki, Almaniyanın "Der Spiegel" nəşrinin məlumatına görə, Consonun olduğu qatara dron hücumları ilə əlaqədar təxliyə xəbərdarlığı edilib.
Sərnişinlər səhər saat beş radələrində oyadılıb, bundan sonra qatar müvəqqəti olaraq təxliyə olunub. Consonun özünün xəsarət almadığı bildirilir.
Həmin qatarda olan İsveçli keçmiş baş nazir və xari...