İstanbul aeroportunda yeni uçuş-enmə zolağı istifadəyə veriləcək

İstanbul aeroportunda yeni uçuş-enmə zolağı istifadəyə veriləcək

Hazırda oxunan: İstanbul aeroportunda yeni uçuş-enmə zolağı istifadəyə veriləcək
636381
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin İstanbul hava limanı 110-dan çox aviaşirkətlə əməkdaşlıq çərçivəsində 340-dan artıq istiqamətə uçuş təmin edir. Hazırda aeroport şimal-cənub istiqamətində yerləşən üçü əsas və ikisi isə ehtiyat olmaqla, ümumilikdə 5 uçuş-enmə zolağı ilə fəaliyyət göstərir.

Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sentyabrın 18-də istifadəyə veriləcək dördüncü əsas zolaqla aeroportda uçuş-enmə zolaqlarının ümumi sayını 6-ya çatdırılacaq.

Bizim.Media  xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlayıb.

Nazir bildirib ki, yeni zolaq eyni zamanda İstanbul hava limanının şərq-qərb istiqamətində yerləşən ilk uçuş-enmə zolağı olacaq. Yeni beton zolağın uzunluğu 2820 metr, eni isə 45 metrdir.

Uraloğlu xatırladıb ki, 2025-ci ilin aprelində Avropada ilk dəfə “üçlü müstəqil paralel uçuş-enmə zolağı əməliyyatı” məhz İstanbul hava limanında tətbiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO