Ukrayna Rusiyanın PUA anbarlarına və buraxılış məntəqələrinə zərbələr endirdi - VİDEO

Ukrayna Rusiyanın PUA anbarlarına və buraxılış məntəqələrinə zərbələr endirdi - VİDEO

Hazırda oxunan: Ukrayna Rusiyanın PUA anbarlarına və buraxılış məntəqələrinə zərbələr endirdi - VİDEO
636400
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 12-də və 13-ə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiya ordusunun bir sıra mühüm hərbi obyektlərinə zərbələr endirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Telegram" kanalında məlumat verilib.

Donetskdə zərbə pilotsuz uçuş aparatlarının saxlanılması, hazırlanması və buraxılması məntəqələrinə dəyib.

Xerson vilayətinin Dəmir Port (Jeleznıy Port), Skadovsk rayonlarında, həmçinin Krımın işğal olunmuş ərazisindəki Çernomorskoye və Olenevka yaşayış məntəqələrində "Geran" və "Gerbera" dronlarının idarə olunması üçün nəzərdə tutulmuş yerüstü retranslyatorlar və yerüstü antenalar hədəfə alınıb.

Bryansk vilayətində, Revnı yaşayış məntəqəsi rayonunda hədəfləri izləmə radiolokasiya stansiyası, Reçitsa yaxınlığında isə silah-sursat və hərbi texnika anbarı məhv edilib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO