Qərb Putinin siyasətindən niyə narazıdır? - Taker Karlson səbəblərini açıqladı

Qərb Putinin siyasətindən niyə narazıdır? - Taker Karlson səbəblərini açıqladı

Hazırda oxunan: Qərb Putinin siyasətindən niyə narazıdır? - Taker Karlson səbəblərini açıqladı

636354

ABŞ-lı jurnalist Taker Karlson Qərb ölkələrinin Rusiya Prezidenti Vladimir Putinin siyasi kursundan narazı olmasının iki əsas səbəbini açıqlayıb.

Bizim.Media xəbər verir ki, Karlson bu barədə RT telekanalına müsahibəsində danışıb.

Jurnalistin sözlərinə görə, birinci səbəb Putinin oliqarxları ölkədən uzaqlaşdırması və onların dövlət üzərində nəzarətini məhdudlaşdırmasıdır.
 

“Birincisi – oliqarxların qovulmasıdır. Nəzarətin əldə edilməsi. Bildiyiniz kimi, Sovet İttifaqı 1991-ci ildə dağılır. Onlar dövlətdən daha güclü olurlar. 26 il əvvəl Putin hakimiyyətə gəlir və deyir: “Xeyr, bu demokratiya deyil. Bu, suveren dövlət deyil’”. Və onların çoxunu ölkədən uzaqlaşdırır. Məhz həmin insanlar o vaxtdan Putinə qarşı piar kampaniyasını maliyyələşdirirlər”, – Karlson bildirib.


Jurnalist Qərbin narazılığının ikinci səbəbini isə Rusiya liderinin pravoslavlığa münasibəti ilə əlaqələndirib.

«Çünki Qərbdəki elitaların (xüsusilə də Birləşmiş Ştatlarda) nifrət etdiyi və onlara ən çox təhlükə yaradan ənənəvi xristianlıqdan başqa heç nə yoxdur», — Karlson qeyd edib.

Onun sözlərinə görə, məhz bu siyasət Qərb üçün Rusiyaya qarşı “müharibə elan etməyə” səbəb olub.

Karlson həmçinin bildirib ki, Qərb ölkələri sakinlərinin Ukraynada baş verənlər barədə kifayət qədər məlumatlı olmaması səbəbindən dünya nüvə münaqişəsi təhlükəsinin astanasına gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO