Azərbaycanda növbəti müntəzəm məsləhətləşmələr silsiləsini yekunlaşdırdım.
Bizim.Media xəbər verir ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono bu barədə X-da paylaşımnda bildirib.
Maqdalena Qrono qeyd edib ki, səfər çərçivəsində sentyabrın 10-da Bakıda xarici işlər naziri Ceyhun Bayramov, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşüb:
“Biz Avropa İttifaqının Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini, o cümlədən keçmiş münaqişənin nəticələri ilə bağlı humanitar məsələləri, həmçinin əlaqəlilik və regional əməkdaşlıq səylərini müzakirə etdik. 11-12 sentyabr tarixlərində, yerlərdəki vəziyyətlə tanış olmaq məqsədilə Azərbaycan rəsmiləri tərəfindən diplomatik korpus üçün Qarabağ və Şərqi Zəngəzur bölgələrindəki keçmiş münaqişə zonalarına təşkil edilən səfərdə ilk dəfə iştirak etdim.
Biz yerli hakimiyyət orqanları, keçmiş məcburi köçkünlər və media nümayəndələri ilə ünsiyyət qurmaq imkanı əldə etdik. Səfər çərçivəsində həmçinin məscidlər və kilsələr kimi müxtəlif mədəni və dini irs məkanlarına da baş çəkildi. Azərbaycanda fikir mübadiləsindən sonra indi də sabah İrəvanda Ermənistan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə keçirəcəyim görüşləri səbirsizliklə gözləyirəm”.
Concluded another series of regular consultations in , where I met with Foreign Minister Bayramov, as well as with Presidential Advisers Hajiyev and Amirbayov in Baku on 10 September. (1/6)
— EUSR for South Caucasus and crisis in Georgia (@EUSR_SCCiG) September 13, 2026
Bizim.Media


































































































