"Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşmədi - VİDEO

"Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşmədi - VİDEO

Hazırda oxunan: "Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşmədi - VİDEO
636432
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha 2 oyunu keçirilib.

Bizim.Media  xəbər verir ki, günün ilk matçı Şamaxıda "Araz-Naxçıvan" və "Turan Tovuz" arasında baş tutub.

Matçda qalib müəyyənləşməyib - 2:2.

Turun mərkəzi oyununda isə "Zirə" "Qarabağ"ı qəbul edib. Bu görüşdə də heç-heçə qeydə alınıb - 1:1.

Bu nəticələrdən sonra "Qarabağ" və "Zirə" hərəyə 10 xalla müvafiq olaraq, 2-ci və 3-cü yerlərdə qərarlaşıb. "Turan Tovuz" 8 xalla 5-ci, "Araz-Naxçıvan" 2 xalla 11-ci sırada yer alıb.

Qeyd edək ki, V turun əvvəlki matçlarında "Neftçi" "İmişli"yə 3:2, "Kəpəz" "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib, "Sumqayıt" - "Şamaxı" matçı isə qollu heç-heçə ilə başa çatıb - 1:1.

Tura sentyabrın 13-də "Şəfa" - "Sabah" matçı ilə yekun vurulub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO