Şotlandiya, Uels və Şimali İrlandiya Böyük Britaniyadan ayrılmaq istəyir

Şotlandiya, Uels və Şimali İrlandiya Böyük Britaniyadan ayrılmaq istəyir

Hazırda oxunan: Şotlandiya, Uels və Şimali İrlandiya Böyük Britaniyadan ayrılmaq istəyir
636436
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şotlandiya, Uels və Şimali İrlandiyanın liderləri Böyük Britaniyanın tərkibindən çıxmaqla bağlı referendum keçirmək hüququnun verilməsini London hökumətindən tələb edəcəklər.

Bizim.Media  "The Sunday Telegraph"a istinadən xəbər verir ki, onların görüşü sentyabrın 14-də Kardiffdə keçiriləcək.
 

"Tarixdə ilk dəfə Şotlandiya, Uels və Şimali İrlandiyaya müstəqillik tərəfdarı olan ilk nazirlər rəhbərlik edirlər. Mövcud status-kvonun davamlı olmadığının və London hökumətinin Birləşmiş Krallığın dağılmasından sonrakı gələcəyə hazırlaşmalı olduğunun bundan daha aydın sübutu yoxdur", - deyə Şotlandiya Milli Partiyasının lideri Con Svinni bildirib.


Liderlərin müzakirə etdikləri qarşılıqlı anlaşma memorandumu iqtisadiyyat, energetika, Avropa və beynəlxalq ictimaiyyətlə münasibətlər, eləcə də öz müqəddəratını təyinetmə hüququnu əhatə edəcək.

Sənəddə həmçinin Şotlandiya və Uelsin yeni üzvlər kimi Aİ-nin tərkibinə daxil olması, Şimali İrlandiyanın isə İrlandiya Respublikasının bir hissəsi kimi Aİ-yə qoşulması qeyd olunacaq.

ABŞ Prezidenti Donald Tramp İrlandiya ilə Şimali İrlandiyanın mümkün birləşməsini fantastik perspektiv adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO