Pasport və hərbi bilet rusiyalı hərbçini ölümdən xilas etdi

Pasport və hərbi bilet rusiyalı hərbçini ölümdən xilas etdi

Hazırda oxunan: Pasport və hərbi bilet rusiyalı hərbçini ölümdən xilas etdi

636375

Rusiya hərbçisini döş cibində olan adi sənədlər – pasport və hərbi bilet ağır yaralanmaqdan qoruyub.

Bizim.Media xəbər verir ki, bu barədə 341-ci tibbi batalyonun hərbi həkimi, anestezioloq-reanimatoloq Aynur Zamanov məlumat verib.

"Mərkəz" qoşunlar qrupunun 27-ci qvardiya atıcı diviziyasının döyüşçüsü Dnepropetrovsk istiqamətində Ukrayna FPV-dronunun hücumundan sonra həkimlərin yanına gətirilib. Müayinə zamanı məlum olub ki, qəlpə birbaşa döş cibinə dəyib və sənədlərin arasında ilişib qalıb.
 

"Pasport qəlpəni dayandırıb və döyüşçü demək olar ki, xəsarət almayıb, sağ qalıb. Sadəcə kiçik bir cızıq olub", – deyə Zamanov bildirib.


Nəticədə hərbçi yüngül zədə ilə qurtulub, sağalaraq yenidən xidmətə qayıdıb. Həkimin sözlərinə görə, onlar hələ də vaxtaşırı əlaqə saxlayır və bu hadisəni xatırlayırlar.

Qeyd edilir ki, buna bənzər bir hadisə daha əvvəl Perm diyarından olan 25 yaşlı hərbçinin də başına gəlib. Atəş zamanı qəlpə onun sinəsinə dəysə də, döş cibindəki pasportda ilişib qalmışdı. Daha sonra döyüşçü polisə müraciət edib və zədələnmiş sənəd sürətləndirilmiş qaydada yenisi ilə əvəz olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO