"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcək

"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcək

Hazırda oxunan: "Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcək

636434

"Ergenekon" soruşdurması çərçivəsində həbsdə olarkən həyatını itirən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğluşun şübhəli ölümü ilə bağlı davam edən araşdırma çərçivəsində məşhur "Kurtlar Vadisi" serialının senaristləri ifadəyə çağrılıblər.

Bizim.Media xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, Silivri Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində serialın senaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan ifadə verəcək şəxslər siyahısına daxil ediliblər.
 

Qeyd edək ki, 2011-ci ildə Silivri həbsxanasında vəfat edən Kaşif Kozinoğlunun ölümü ilə əlaqədar daha əvvəl "Kurtlar Vadisi Pusu" serialının 123-cü bölümündə yer alan "Kazım Kaşifoğlu" adlı MİT əməkdaşı obrazının məhz Kozinoğlunun həyatına işarə etdiyi iddiaları gündəmə gəlmişdi.


Xatırladaq ki, Kozinoğlunun şübhəli ölümü ilə bağlı fevral/sentyabr aylarında aparılan yeni əməliyyat dalğalarında bir neçə nəfər, o cümlədən tibb işçiləri, jurnalistlər və keçmiş nəzarətçilər saxlanılaraq həbs olunublar. İstintaq materiallarında Kozinoğlunun öldüyü gecə kömək istədiyi zaman qardiyanın səsin eşidilməməsi üçün radionu açdığı və həmin şəxsin daha sonra xaricə qaçdığı iddiaları yer alır. Kozinoğlunun ailəsinin müraciəti və yeni iddialar əsasında yenidən açılan dosya üzrə araşdırmalar davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO