Tatarstanda təyyarə qəzaya uğradı - 2 ölü var

Tatarstanda təyyarə qəzaya uğradı - 2 ölü var

Hazırda oxunan: Tatarstanda təyyarə qəzaya uğradı - 2 ölü var
636427
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tatarstanın Şемоrdan kəndində "Cessna-172" yüngülmühərrikli təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Bizim.Media "Baza" Telegram kanalına istinadən xəbər verir ki, sentyabrın 12-də baş verən hadisə zamanı təyyarəni özünün ilk uçuşunu həyata keçirən 39 yaşlı kursant – Kazan rəhbərinin birinci müavininin köməkçisi Vladimir J. idarə edib.

Pilot təlimi üzrə özəl məktəbin kursantı hündürlüyü düzgün hesablamayaraq qanadıyla televiziya qülləsinə çırpılıb və nəticədə hava gəmisi yaşayış evinin həyətinə şaquli şəkildə düşüb.

Qəza nəticəsində kursant və təxminən 10 illik təcrübəyə malik təlimçi Oleq Q. hadisə yerində həlak olublar. Ev sahibləri xəsarət almayıblar.

Faktla bağlı İstintaq Komitəsi tərəfindən cinayət işi başlanılıb, Dövlətlərarası Aviasiya Komitəsi (DAK) isə faciənin səbəblərini araşdırmağa başlayıb. Məlumata görə, qəzaya uğrayan həmin təyyarə (RA-0794G nömrəli) hələ 2016-cı ildə də ciddi insidentlə üzləşmiş və eniş zolağına qəfil çıxan avtomobillə toqquşmadan son anda qaçmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO