Hövsandakı "möcüzəvi palçıq" barədə həkimdən kritik XƏBƏRDARLIQ - VİDEO
Paytaxtın Suraxanı rayonu, Hövsan-Zığ yolunun kənarında yerləşən "Duzlu göl" hər il yay aylarında yüzlərlə insanın üz tutduğu məkanlardan birinə çevrilir.
Bizim.Media xəbər verir ki, sakinlər gölün palçığının müxtəlif ağrılara yaxşı təsir etdiyini desələr də, həkimlər bu müalicə üsuluna əl atmağın təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edirlər.
"2014-cü ildən buraya gəlirəm. Çox faydasını görmüşəm. Həqiqətən də, xeyri var, ağrılarım azalır. Əvvəllər dekabr, yanvar, fevral aylarında hər gün ağrılarım olurdu. İndi isə elə olur ki, bir gün ağrıyır, sonra bir həftə, hətta bir ay ağrı hiss etmirəm", - sakinlərdən biri Baku TV-yə bildirib.
"30 ild...