Kim Çen In hərbçilərinə əmr verdi: 2 aydan sonra... - FOTO

Kim Çen In hərbçilərinə əmr verdi: 2 aydan sonra... - FOTO

Hazırda oxunan: Kim Çen In hərbçilərinə əmr verdi: 2 aydan sonra... - FOTO
623348
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şimali Koreya lideri Kim Çen In yeni inşa edilmiş "Kan Qon" esminesinin döyüş sistemlərinin sınaqlarını şəxsən izləmək üçün sınaq poliqonuna gəlib. 

Bizim.Media xəbər verir ki, şlyapada görüntülənən ölkə rəhbəri gəminin imkanlarını yerində yoxlayıb.

Sınaq mərhələsində gəminin döyüş qabiliyyətini nümayiş etdirən bir sıra mühüm əməliyyatlar həyata keçirilib:

Strateji qanadlı raketlərin buraxılışı icra edilib, gəmi artilleriyasının dəqiqliyi yoxlanılıb, radioelektron mübarizə və hədəflərin aşkarlanması sistemlərinin effektivliyi qiymətləndirilib.
 

Testlərdən sonra hərbi rəhbərlərlə görüşən Kim Çen In gəminin bütün texniki yoxlamalarının yekunlaşdırılması üçün tapşırıqlar verib. O, "Kan Qon" esminesinin növbəti iki ay ərzində tam hazır vəziyyətə gətirilərək Hərbi Dəniz Qüvvələrinin (HDQ) tərkibinə qəbul edilməsini əmr edib.


Bu addım Şimali Koreyanın dəniz donanmasının modernləşdirilməsi və hərbi potensialının gücləndirilməsi istiqamətində atılan növbəti strateji addım kimi dəyərləndirilir.

Kim Çen In hərbçilərinə əmr verdi: 2 aydan sonra... - FOTO - foto 1
Kim Çen In hərbçilərinə əmr verdi: 2 aydan sonra... - FOTO - foto 2
Kim Çen In hərbçilərinə əmr verdi: 2 aydan sonra... - FOTO - foto 3
Kim Çen In hərbçilərinə əmr verdi: 2 aydan sonra... - FOTO - foto 4
Kim Çen In hərbçilərinə əmr verdi: 2 aydan sonra... - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO