Avropa Kuboku: Cüdoçumuz gümüş medal qazandı - FOTO

Avropa Kuboku: Cüdoçumuz gümüş medal qazandı - FOTO

Hazırda oxunan: Avropa Kuboku: Cüdoçumuz gümüş medal qazandı - FOTO

623370

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunun ilk yarış günündə Azərbaycan millisi bir medal qazanıb.

Bizim.Media  xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, yığmanın üzvü Əbil Yusubov (73 kq) finala gedən keçirdiyi beş görüşün hamısında qələbə qazanıb.

Final qarşılaşmasında italiyalı Luço Tavolettaya uduzan Azərbaycan cüdoçusu yarışı gümüş medalla başa vurub.

Qeyd edək ki, Avropa Kubokunun son yarış günündə Azərbaycan millisinin daha 15 üzvü tatamiyə çıxacaq.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO