Qubada ağır qəzaya düşən şəxslər bir ailənin üzvləridir

Qubada ağır qəzaya düşən şəxslər bir ailənin üzvləridir

Hazırda oxunan: Qubada ağır qəzaya düşən şəxslər bir ailənin üzvləridir
623363
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Quba-Qonaqkənd yolunun Rustov kəndindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsində yaralanan şəxslərin kimliyi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Rustov kənd sakini Məmmədqulu Hacıağa oğlu Cəbrayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil yolda dayanmış yük avtomobilinə çırpılıb. 

Qəza nəticəsində sürücü, onun həyat yoldaşı Mahizər Yusif qızı Cəbrayılova və qohumu Malik Rzaqulu oğlu Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Məlumata görə, sürücü və sərnişinlərdən birinin vəziyyəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO