Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının İLK İCLASI KEÇİRİLDİ - FOTO
İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.
Bizim.Media xəbər verir ki, iclasda Birinci vitse-prezident Mehriban Əliyeva çıxış edib.
Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı:
-Hörmətli həmkarlar.
Bu gün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasını keçiririk. Cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilmişdir və verilən tapşırıqlara əsasən, rəqəmsal inkişaf üzrə Fəaliyyət Planı təsdiqlənmişdir. Qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellek...