Kəlbəcərdə növbəti Bal Festivalı keçirildi – FOTO/VİDEO
Sentyabrın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcər rayonunda növbəti Bal Festivalı keçirilib.
Festival IDEA İctimai Birliyi, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə olub. Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət qurumlarının məsul şəxsləri, yerli sakinlər iştirak ediblər.
Bizim.Media xəbər verir ki, tədbirdən əvvəl nümayəndə heyəti rayon ərazisində aparılan tikinti işləri ilə tanış ...