"Lamerdə raket hücumu Körfəz ölkələrindən edilib - İsmayıl Bəqayi

Hazırda oxunan: "Lamerdə raket hücumu Körfəz ölkələrindən edilib - İsmayıl Bəqayi
636300
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tehranın əldə etdiyi məlumatlar göstərir ki, ABŞ-nin Lamerdə raket hücumunun Fars körfəzinin cənub sahilində yerləşən ölkələrdən birinin ərazisindən həyata keçirilib. 

Bizim.Media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi şənbə günü bildirib. 

Bəqayi İran dövlət mediasına müsahibəsində bu məsələnin ABŞ-nin "beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olaraq" İrana hücum etmək üçün başqa ölkələrin ərazisindən və milli suverenliyindən istifadə etdiyini göstərdiyini deyib. O, İranın bu məsələni araşdıracağını vurğulayıb. 

Bəqayi həmçinin bəzi qonşu ölkələrin "mehriban qonşuluq prinsipi"nə zidd olaraq, öz ərazilərindən İrana hücum etmək və "xalqa qarşı hərbi cinayət törətmək" üçün istifadə olunmasına icazə verdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO