Jurnalistlərə müasir silah və döyüş texnikası göstərildi – Təlim-treninqdən GÖRÜNTÜLƏR
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində Nazirliyin, Medianın İnkişafı Agentliyinin və media nümayəndələrinin iştirakı ilə təlim-treninq keçirilib.
Bizim.Media xəəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi - mətbuat katibi polkovnik Anar Eyvazov çıxış edərək Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası və tədbirin məqsədi barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Təlim-treninqin əvvəlində iştirakçılar "İnformasiya təhlükəsizliyi, dövlət sirrinin qorunması", "Dezinformasiyaya qarşı mübarizə və böhran kommunikasiyas...