Prezident və ailəsi İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 1-də Bakı şəhərinin Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər.
Bizim.Media xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verib.
Bildirilib ki, Azərbaycan prospektindən başlayaraq Nigar Rəfibəyli küçəsinin bir hissəsi də daxil olmaqla, İslam Səfərli küçəsi boyunca Mirzəağa Əliyev küçəsinədək olan ərazi tam şəkildə abadlaşdırılıb. Bu ərazidən Mərkəzi Parka piyadaların rahat hərəkəti üçün keçid təmin olunub.
İslam Səfərl...