Əhməd İsmayılov: “Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən gəlməyimizə imkan verir”

Əhməd İsmayılov: “Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən gəlməyimizə imkan verir”

Hazırda oxunan: Əhməd İsmayılov: “Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən gəlməyimizə imkan verir”

610503

“Azərbaycan mediası mühüm qlobal tədbirlərin işıqlandırılmasında artıq beynəlxalq standartlara cavab verən zəngin təcrübə və peşəkar institutlaşma mərhələsinə qədəm qoyub”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov "İctimai proseslər media müstəvisində" mövzusunda III Forumda çıxışı zamanı bildirib.

“Müstəqillik tariximizin ən böyük qlobal tədbiri kimi ölkəmizin 2024-cü ildə uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un keçirilməsi zamanı mediamız öz fəaliyyətində zəngin təcrübəyə imza atmışdır.
 

Konfransın keçirildiyi iki həftə ərzində ölkəmizin informasiya agentlikləri, onlayn və çap mediası subyektləri hazırladıqları materialların böyük hissəsini COP29-a həsr etməklə yalnız yerli auditoriya üçün deyil, eyni zamanda qlobal miqyasda peşəkar media gündəmini formalaşdırmağa müyəssər olmuşdur. 


COP29 zamanı sınaqdan çıxmış effektiv kommunikasiya modeli sübut etdi ki, dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyimizə imkan verir.

İnanırıq ki, WUF13 zamanı da oxşar nailiyyətlərimiz təkrarlanacaq və daha böyük peşəkar uğurlara imza atacağıq”, - deyə Əhməd İsmayılov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO