Abbas Abbasov: BTQ dekolonizasiya məsələlərini beynəlxalq arenada fəal şəkildə təşviq edir

Abbas Abbasov: BTQ dekolonizasiya məsələlərini beynəlxalq arenada fəal şəkildə təşviq edir

Hazırda oxunan: Abbas Abbasov: BTQ dekolonizasiya məsələlərini beynəlxalq arenada fəal şəkildə təşviq edir

610559

Bakı Təşəbbüs Qrupu (BTQ) öz fəaliyyətinin müəyyən edilmiş istiqamətlərini ardıcıl surətdə beynəlxalq təşkilatların gündəliyinə çıxarır və bu işi davam etdirmək niyyətindədir.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BTQ-nin icraçı direktoru Abbas Abbasov bildirib.
 

Onun sözlərinə görə, təşkilat 2023-cü ildən fəaliyyətinin əsas istiqamətlərini həyata keçirməyə davam edir, o cümlədən müstəmləkəçiliyə qarşı qanuni mübarizə aparan tərəfləri dəstəkləyir.


O xatırladıb ki, BTQ insan hüquqlarının, həmçinin yerli xalqların və etnik azlıqların hüquqlarının müdafiəsi sahəsində müxtəlif beynəlxalq platformalarda aktiv şəkildə fəaliyyət göstərir.

A.Abbasov qeyd edib ki, bu gün BTQ-nin təşəbbüsü ilə Bakıda keçirilən beynəlxalq forumu qrupun fəaliyyətinin yeni istiqaməti kimi qiymətləndirmək olar.

O vurğulayıb ki, forumun iştirakçıları gənclər üçün yeni beynəlxalq platformaların yaradılmasının vacibliyini dəfələrlə qeyd ediblər.

BTQ rəhbəri bildirib ki, forumun sonunda gənc liderlərlə birlikdə yeni beynəlxalq gənclər platformasının yaradılması üzrə ilk addımların atılması gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO