Qusarın Azərbaycan-Rusiya sərhədində yerləşən Samur buraxılış məntəqəsində Rusiyaya gedən iri yük maşınlarının uzun növbəsi yaranıb.
Bizim.Media-ya daxil olan məlumata görə, ərazidə 2 km-ə yaxın məsafədə maşınların növbəsi yaranıb.
Rusiyanın paytaxtı Moskva şəhərinin və digər şəhərlərinin bazarlarına kənd təsərrüfatı məhsulları və meyvə aparan yük avtomobillərinin sürücüləri qonşu ölkəyə keçmək üçün növbə gözləyir.
Bizim.Media-nın rəsmi qurumlardan əldə etdiyi məlumata görə, gün ərzindən Samur buraxılış məntəqəsindən 300-400 maşın qonşu ölkəyə yola salınır. Rusiya tərəfdə ləngimələr də müşahidə edilir.
Azərbaycanın sərhəd və gömrük əməkdaşları rusiyalı həmkarları ilə danışıqları davam etdirir və növbələr azalmağa doğru gedir.
Hazırda Samur buraxılış məntəqəsinin qarşısında 200 yük avtomobili var.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu






























































































