Bakıda “toy karvanı” prospektdə sıxlıq yaratdı – VİDEO

Bakıda “toy karvanı” prospektdə sıxlıq yaratdı – VİDEO

Hazırda oxunan: Bakıda “toy karvanı” prospektdə sıxlıq yaratdı – VİDEO
610528
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi “toy karvanları”nda iştirak edən sürücülərə müraciət edib.

NİİM-dən Bizim.Media-ya verilən xəbərə görə, ötən gün paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində “toy karvanı”nda hərəkət edən bir neçə nəqliyyat vasitəsi yolun hərəkət hissəsində dayanaraq nəqliyyatın hərəkətini çətinləşdirib.

Nəticədə yolda sıxlıq yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra sıxlıq aradan qaldırılıb.

"Ümumilikdə müşahidə kameralarının qeydə aldığı görüntülərin təhlilləri göstərir ki, “toy karvanları”nda iştirak edən bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq küçə və prospektlərdə süni sıxlıq və qəza şəraiti yaradırlar. Belə hallarda bəzi sürücülər hərəkət zamanı qəza dayanma işıq siqnallarını yandırır, hərəkət zolaqlarını zəbt edir, avtomobili arxa-arxaya hərəkət etdirir və manevr qaydalarını pozaraq digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olurlar.
 

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə bir daha müraciət edərək xatırladır ki, “toy karvanı”nda iştirak edən nəqliyyat vasitələri yolun sağ zolağı ilə, ardıcıl şəkildə hərəkət etməli, süni sıxlıq və qəza şəraitinin yaranmasına yol verməməlidirlər:


"Yol hərəkəti qaydaları hər kəs üçün eynidir. Şad gününüzü kədərli günə çevirməyin", NİİM-dən bildirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO