“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

Hazırda oxunan: “Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

610458

Ermənistan sərhədçiləri hazırda Ermənistanın İran və Türkiyə ilə sərhədini qoruyan Rusiya sərhədçilərini əvəz edəcəklər.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.
 

Paşinyan qeyd edib ki, Ermənistan tərəfi Rusiya sərhədçilərinə göstərdikləri xidmətə görə pul öyrəyir. Rusiya tərəfi bu xidmətlərin qiymətinin artırılması məsələsini qaldırıb. Yerevan isə artan vəsaitin öz sərhəd təhlükəsizliyi imkanlarının inkişafına xərclənməsinin vacibliyi qənaətinə gəlib.


"Tədricən, resurslarımız artdıqca, biz sərhədin daha çox hissəsinə nəzarəti öz üzərimizə götürə bilərik. 1990-cı illərin əvvəllərində imzalanmış müqavilə də məhz Ermənistanın vaxt keçdikcə öz sərhədlərini müstəqil qorumaq imkanlarını artırmasını nəzərdə tutur", - deyə erməni nazir bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO