Volodimir Zelenski Ceyhun Bayramovla görüşdü – VİDEO
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Kiyevdə qəbul edib və onunla müdafiə və iqtisadi əməkdaşlığı müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında bildirib.
"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim. Cənab nazir Rusiyanın işğalı başlayandan bəri Ukraynaya ilk dəfədir səfər edir. O, səfərinə Azərbaycanın yardım göstərdiyi məktəbi, xəstəxananı və reabilitasiya mərkəzini ziyarət etdiyi İrpendən başlayıb. Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə buraya gəlməyə və bizi dəstəkləməyə imkan tapdığınıza görə çox minnətdarıq. Ukrayna xalqı ilə həmrəyliyə görə təşək...