Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə SATILDI

Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə SATILDI

Hazırda oxunan: Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə SATILDI

629714

Şərti məhkum edilmiş sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş daha bir əmlakı satılıb.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Müslümovun paytaxtın Yasamal rayonunda yerləşən 370.4 kvadratmetrlik mənzili beş dəfə hərraca çıxarılıb.
 

İlk dəfə 1 milyon manata təklif olunan mənzili icra məmuru 50 faiz endirimlə 463 min 125 manata sata bilib. Həmin pul dövlətə dəymiş ziyanın bir hissəsinin qarşılanmasına sərf ediləcək.


Qeyd edək ki, S.Müslümov 27 milyon manat mənimsəmədə təqsirli bilinib. Dövlətə dəymiş ziyanı ödədiyi üçün yekunda ona şərti cəza verilib. Əlavə olaraq onun çoxsaylı əmlakı müsadirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO