İlisuda Ramramay şəlaləsinə giriş niyə ödənişlidir? - RƏSMİ CAVAB

İlisuda Ramramay şəlaləsinə giriş niyə ödənişlidir? - RƏSMİ CAVAB

Hazırda oxunan: İlisuda Ramramay şəlaləsinə giriş niyə ödənişlidir? - RƏSMİ CAVAB
629722
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qax rayonunun İlisu kəndində yerləşən Ramramay şəlaləsinə giriş üçün ödəniş alınması ilə bağlı yayılan məlumatlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) münasibət bildirib.

Bizim.Media "oxu.az"a istinadla xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 iyul tarixli Sərəncamı ilə İlisu Milli Parkı yaradılıb və Ramramay şəlaləsi həmin milli parkın ərazisinə daxil edilib. Bununla əlaqədar əraziyə giriş milli parklar üçün müəyyən edilmiş qaydalara uyğun olaraq bilet sistemi vasitəsilə tənzimlənir.

"Milli park ərazilərində tətbiq olunan ödənişlər təbiət ərazilərinin mühafizəsinə, biomüxtəlifliyin qorunmasına, ekoturizm infrastrukturunun inkişafına və turist marşrutlarının saxlanılmasına yönəldilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2015-ci il tarixli 114 nömrəli Qərarına əsasən, milli parklara giriş haqqı hər bir ziyarətçi üçün 2 manat, avtonəqliyyat vasitələrinin dayanacaqla təmin edilməsinə görə isə 1 saat üçün 50 qəpik, gündəlik 5 manat müəyyən edilib", - deyə məlumatda əlavə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO