Bir neçə gün öncə Buzovnada, dənizdə batan qardaşlardan biri robototexnika və texnologiya yarışının qalibi imiş.
Bizim.Media “patrul.az”a istinadən xəbər verir ki, Milli Aviasiya Akademiyasının Aerokosmik fakültəsinin tələbəsi olmuş Ruslan Həmidov 2026-ci ildə Azərbaycanda keçirilən “World Robot Caspian Cup” çempionu olub.
Xatırladaq ki, avqustun 2-də Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfər batıb. 2009-cu il təvəllüdlü Həmidova Aysel Rafik qızı xilas olunub, ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Həmidov Əli Rafik oğlunun meyiti isə sahildə aşkar edilib.
Avqustun 4-də isə 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafik oğlunun meyiti dalğıclar tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:10 / 06.08.2026
Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş
Hazırda oxunan: Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş
Hazırda oxunan: Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş
629748
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































