Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda - FOTO
Diplomatik korpusun nümayəndələri sentyabrın 12-də Kəlbəcərə səfərləri çərçivəsində “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar.
Bizim.Media xəbər verir ki, 58 ölkədən və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər diplomata “İstisu” mineral su zavodu barədə məlumat verilib.
Qeyd olunub ki, Kəlbəcərin Dəlidağ ərazisində, dəniz səviyyəsindən təxminən 1600 metr yüksəklikdə yerləşən “İstisu” mənbəyindən çıxan suyun temperaturu 60 dərəcədən yüksəkdir.
Tərkibinə görə gündəlik istifadə üçün yararlı təbii qazlı mineral su hesab olunan “İstisu” zəngin və balanslaşdırılmış mineral tərkibi ilə seçilir.
Mütəxəssislərin rəyinə ə...