Türkiyədə Azərbaycana qarşı informasiya hücumu - Milli Məclisin komissiyası bəyanat yaydı
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib.
Qeyd olunub ki, monitorinqlər nəticəsində kampaniyanın Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf aldığı, ictimai rəyi çaşdırmağa, vətəndaşlarda dövlətə və dövlət institutlarına qarşı inamsızlıq, eləcə də cəmiyyətdə qütbləşmə yaratmağa yönəldiyi müəyyən edilib.
Açıqlamaya görə, kampaniya əlaqələndirilmiş şəkildə, hədəfli reklamlar, real və saxta sosial media...