Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün Bakının sayca onuncu dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-Prisinə start veriləcək.
Bizim.Media xəbər verir ki, yarış həftəsonu saat 10:45-də Formula 2 üzrə sərbəst yürüşlə başlayacaq. Formula 1-də ilk sərbəst yürüş saat 12:30-da start götürəcək.
Daha sonra Formula 2-də iki sıralama turu keçiriləcək. İlk yarış gününə Formula 1 üzrə 2-ci sərbəst yürüşlə yekun vurulacaq.
Sentyabrın 25-də Formula 1 üzrə sərbəst yürüşlər, Formula 2 üzrə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün - ayın 26-da əsas yarış baş tutacaq.
10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pi...