DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək
“Riyazi biliklər beynəlxalq standartla ölçüləcək”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Baku TV" televiziya kanalına birgə müsahibəsində bildirib.
Məleykə Abbaszadə bildirib ki, riyaziyyat üzrə beynəlxalq imtahanlarla müqayisəli bir cədvəl hazırlanması istiqamətində işlər görülür:
"Bizim fəaliyyət sahəmizə aid olan bütün beynəlxalq standartlarla çoxdan tanışıq. Ümumiyyətlə, bu sahədə çalışan mütəxəssislərin beynəlxalq təşkilatları var və biz həmin təşkilatın 1999-cu ildən üzvüyük. Elə bu il də həmin təşkilat tərəfindən bizə müvafiq sertifikatlar və tə...