Pezeşkian Pakistana getdi: Qırıcılar havaya qaldırıldı - VİDEO

Pezeşkian Pakistana getdi: Qırıcılar havaya qaldırıldı - VİDEO

Hazırda oxunan: Pezeşkian Pakistana getdi: Qırıcılar havaya qaldırıldı - VİDEO

621064

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Pakistan İslam Respublikasına rəsmi səfər edib.

Bizim.Media "Tasnim" agentliyinə istinadla xəbər verir ki, iranlı rəsmiləri daşıyan təyyarə Pakistan ərazisinə daxil olduğu ilk andan etibarən bu ölkənin silahlı qüvvələrinə məxsus 6 qırıcı tərəfindən müşayiət olunub. 

Pakistan paytaxtına gələn İran dövlət başçısının səfər proqramına yüksəkrütbəli rəsmilərlə ikitərəfli görüşlər daxildir.

Görüşlərdə iki ölkə arasında siyasi, iqtisadi-ticari və təhlükəsizlik sahələrində əlaqələrin genişləndirilməsi, həmçinin regional sabitlik və regional layihələr ətrafında geniş fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO