Türkiyədə sursat anbarında dəhşətli partlayış: Ölənlər var – FOTO-VİDEO

Türkiyədə sursat anbarında dəhşətli partlayış: Ölənlər var – FOTO-VİDEO

Hazırda oxunan: Türkiyədə sursat anbarında dəhşətli partlayış: Ölənlər var – FOTO-VİDEO

621090

Türkiyənin Kırıkkale şəhərində yerləşən sursat saxlama və məhv etmə müəssisəsində raket sursatının partlaması nəticəsində iki nəfər həyatını itirib.

Bizim.Media xəbər verir ki, hadisə Kırıkkalenin Yahşihan rayonundakı Maşın və Kimya Sənayesi (MKE) "Bedesten" Sursat Saxlama və Məhv Etmə Müəssisəsində baş verib.

Hadisə barədə gələn siqnal əsasında dərhal əraziyə çoxlu sayda AFAD (Fövqəladə Halların İdarə Olunması Agentliyi), jandarma və tibb briqadaları cəlb olunub.

İlkin məlumatlara görə, qəza zamanı iki nəfər hadisə yerindəcə dünyasını dəyişib. Hadisə zamanı bir nəfərin çanaq nahiyəsindən yaralandığı, digər bir nəfərin isə yaşanan hadisənin təsirindən sinir krizi keçirdiyi bildirilir. Yaralıların həyatı təhlükəsinin olmadığı qeyd edilib.

Kırıkkale Valiliyi hadisə ilə bağlı rəsmi açıqlama yayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO