Lyayen gələn həftə Ermənistana səfər edəcək – Rusiyanın reaksiyası necə olacaq?

Lyayen gələn həftə Ermənistana səfər edəcək – Rusiyanın reaksiyası necə olacaq?

Hazırda oxunan: Lyayen gələn həftə Ermənistana səfər edəcək – Rusiyanın reaksiyası necə olacaq?

621059

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen gələn həftə Ermənistana rəsmi səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə "Politico" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Avropa İttifaqının (Aİ) nümayəndə heyətinin tərkibinə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos da daxil olacaq.

Səfərin əsas məqsədi iyun ayında keçirilən parlament seçkilərində rəhbərlik etdiyi partiyanın qələbəsindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyana Aİ-nin dəstəyini nümayiş etdirməkdir.
 

Moskva Qərbin bu addımlarını Rusiyanın birbaşa iştirak etdiyi regional inteqrasiya birliklərinə (AİB və KTMT) qarşı yönəlmiş açıq zərbə kimi qiymətləndirir. Rusiya rəsmiləri Qərbi əsrlər boyu regionda formalaşmış tarixi və coğrafi reallıqları süni şəkildə dəyişməyə çalışmaqda ittiham edirlər.


Kreml İrəvanın Qərbə doğru bu kəskin geosiyasi dönüşünün region üçün ağır nəticələrə səbəb olacağını qeyd edir. Rusiya rəsmiləri açıq şəkildə bəyan edirlər ki, Ermənistan rəhbərliyinin "qaydalara əsaslanan nizam" tərəfdarlarının oyununa uyması ölkəni Ukraynadakı kimi böyük bir faciəyə sürükləyə bilər.

Fon der Lyayenin İrəvana səfəri fonunda Rusiyanın Ermənistana qarşı iqtisadi (qaz tədarükü, ticarət məhdudiyyətləri) və siyasi təzyiqləri daha da sərtləşdirəcəyi, eləcə də sərhəd təhlükəsizliyi məsələlərində İrəvanı tamamilə tək qoyacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO