Kolleclərə qəbul olanların NƏZƏRİNƏ – Qeydiyyat başlayır
11 illik bazadan orta ixtisas təhsil müəssisələrinə qəbul olanlar üçün qeydiyyat başlayır.
Bizim.Media Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə istinadla xəbər verir ki, qeydiyyat prosesi 9 sentyabr saat 15:00-da başlayır.
Qəbul olan șəxslər my.gov.az portalı üzərindən “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.
Fəridə, Bizim.Media...