Kəlbəcərdə ilk əmək yarmarkası - 90-dan çox vakansiya təqdim edilib – FOTO-VİDEO

Kəlbəcərdə ilk əmək yarmarkası - 90-dan çox vakansiya təqdim edilib – FOTO-VİDEO

Hazırda oxunan: Kəlbəcərdə ilk əmək yarmarkası - 90-dan çox vakansiya təqdim edilib – FOTO-VİDEO

635506

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Məlumata görə, aktiv məşğulluq tədbirində Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev  və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov da iştirak ediblər.
 

Yarmarkada işaxtaran şəxslərə dövlət və özəl sektoru təmsil edən 16 müəssisə tərəfindən mühəndis-energetik, böyük mühəndis, xidmət rəisi, növbətçi elektrik montyoru, qaynaqçı, yanacaq maşını sürücüsü, çilingər, qənnadıçı, satıcı, aşpaz və digər peşə istiqamətləri üzrə 90-dan çox vakansiya təqdim edilib.


Tədbirdə iştirak edən şəxslərə iş yerləri üzrə tələblər izah edilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb. Vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramları barədə də məlumatlandırılıb.

Aktiv məşğulluq tədbiri çərçivəsində işəgötürənlərlə görüş də keçirilib.

Görüşdə Agentliyin fəaliyyəti, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda icra olunan aktiv məşğulluq proqramları barədə ətraflı məlumat verilib, işəgötürənlərin sualları cavablandırılıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO