ABŞ 27 İran aviaşirkətinə sanksiya tətbiq etdi

ABŞ 27 İran aviaşirkətinə sanksiya tətbiq etdi

Hazırda oxunan: ABŞ 27 İran aviaşirkətinə sanksiya tətbiq etdi

635559

ABŞ İranda aviasiya sektoru ilə əlaqəli 36 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Onlar İran üçün silah, şəxsi heyət və qanunsuz yüklərin daşınmasına yardım göstərməkdə ittiham olunurlar.

Bizim.Media xəbər verir ki, məhdudiyyətlər ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən “İqtisadi təcrid” (“Operation Economic Outcast”) əməliyyatı çərçivəsində tətbiq edilib.

İlk dəfə olaraq 27 fəaliyyət göstərən İran aviaşirkəti sanksiya siyahısına daxil edilib.

Vaşinqtonun açıqlamasına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) silahların alınması və daşınması, eləcə də şəxsi heyətin ölkəyə gətirilməsi üçün “Mahan Air” də daxil olmaqla kommersiya aviaşirkətlərindən istifadə edir.
 

“İqtisadi təcrid” əməliyyatı çərçivəsində İran rejiminə maliyyə dəstəyi göstərən şəxslər üçün ciddi nəticələr vəd etmişdik. Bu gün “Mahan Air”i dəstəkləməyə davam edən şirkətlərə qarşı sanksiyalar tətbiq etməklə vədimizi yerinə yetirdik”, - deyə ABŞ maliyyə naziri Skott Bessent bildirib.


Onun sözlərinə görə, sanksiyalar digər İran aviaşirkətləri ilə əməkdaşlıq edənlər üçün xəbərdarlıq olmalıdır. O bildirib ki, belə şirkətlər qlobal maliyyə sisteminə çıxışlarını itirmək riski ilə üzləşirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO